























Nardaran qəs., "Sea Breeze" çox yaxın, dənizə əks tərəfdə 12-ci dalanda, magistral yoldan 1,2 km məsafədə (yolun 800 m-ri asfalt), 14,5 sotda 167 m² sahəsi olan, 11 daş kürsülü, 4 otaqlı bağ evi satılır. Ev qonaq otağı, 40 m² studio-mətbəx, 2 yataq otagindan ibarətdir. Yataq otaqlarından birinin ayrıca san/qovşağı var. Evin altı 2 m hündürlükdə zirzəmidir.
Demək olar ki, 2 mərtəbədir. Beton-armatur, suvaq işləri yüksək səviyyədə, 400 marka sementlə aparılıb. Fundament 80sm x 60sm, rigellər 60x40 sm-dir. Dam örtüyü də çox keyfiyyətlidir, 4 mm qalınlığı var. Evin pol-potoloku vurulub, elektrik, santexnika və kombi xətləri çəkilib. Maraqlananlara layihə və laborotor sənədlər təqdim olunacaq. Bu günə kimi evin tikilişinə 100.000 azn xərclənib. Bütün kommunal xətlər var, ən əsası içməli su xətti də çəkilib. Əlavə olaraq həyətdə su quyusu, bar verən əncir, ərik, tut ağacları, üzüm tənəkləri var.
Bağ hündür ərazidə yerləşir, ətrafı tam yaşayışlıdır. Sənəd: Kupça (torpağa) Qiymət: 275.000 azn
(Ofis komissiya haqqı: 1%)
Elanın nömrəsi
Baxışların sayı
Yeniləndi
6076117
53
25 Aprel 2026
Növbəti elanlar yüklənir...