İcarəyə verilir 3 otaqlı yeni tikili 126 m², İnşaatçılar m.
Yasamal ərazisində, Həsən bəy Zərdabi küçəsində, İnşaatçılar metrosuna cəmi 2 dəqiqəlik məsafədə, Qələbə dairəsinin yanında, Baku Mall-un üstündə yerləşən Azinko yaşayış kompleksinə məxsus yeni tikili binada 3 otaqlı mənzil kirayə təklif edilir.
Mənzil 22 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 126 kv.m-dir. Təmirli və əşyalıdır. Geniş zal, 2 yataq otağı, mətbəx, hall və sanitar qovşaqdan ibarətdir. Mənzil rahat yaşayış üçün bütün zəruri şəraitlə təmin olunub.
Mətbəxdə paltaryuyan, soyuducu, soba və digər lazımi avadanlıqlar mövcuddur. Bina əlverişli və prestijli ərazidə yerləşir.
Ətrafında marketlər, məktəb, bağça, Baku Mall, metro, nəqliyyat dayanacaqları və bir sıra iaşə obyektləri mövcuddur.
Aylıq kirayə qiyməti 900 manatdır.


























































































